Ermənistan Avropa Birliyinə üzv dövlətlərlə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanda keçirilən Ermənistan-Avropa Birliyi Parlament Tərəfdaşlığı Komitəsinin dördüncü iclasının açılışındakı çıxışında deyib.
“Bütün bunlar Ermənistan-AB əməkdaşlığının dərinləşdirilməsi və gündəm müəyyən edilməsi çərçivəsində baş verir. Son bir neçə ay ərzində baş vermiş bir sıra mühüm hadisələr buna əyani sübutdur. Viza rejiminin liberallaşdırılması üzrə dialoqa start verildi, Ermənistan “Sülh naminə Avropa aləti” proqramına daxil edildi, AB Ermənistan sərhədlərində mülki missiyasının mövcudluğunu daha iki il uzatdı ki, bu da sərhəddə insidentlərin sayını aydın və əhəmiyyətli dərəcədə azaltdı və mümkün eskalasiya riskinin qarşısını aldı”, - Simonyan bildirib.
- Azərbaycanda yeni agentlik yaradıldı
- Bakıda bu avtobus da yenilənir: Gediş haqqı...
- Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 43 nəfər...
- Sahil Babayev dövlət qurumlarında yoxlamalar aparacaq
- Xətai İH-də şəhid ailələri ilə görüş keçirildi - Foto
- “Velotrek”də “yanğın” – FHN hərəkətə keçdi - Video
- Hökumənin atasının kartından oğurluq edənə hökm oxundu
- Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu