Ermənistanın Baş naziri Nikol Paşinyan sənədin preambulasında müstəqillik bəyannaməsinə istinadın dəyişdirilməsi üçün ölkə Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı referenduma təklif verməyi planlaşdırır. Əvəzində onun müəllifi olduğu “Real Ermənistan” layihəsindən istifadə olunacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” hakim Mülki Müqavilə Partiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Paşinyan təşəbbüsə geniş siyasi dəstək olmasa belə, bu planı həyata keçirmək əzmindədir.
Qeyd edək ki, 2024-cü ilin sentyabrında Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsinin mümkünlüyünü bəyan edib.
- Azərbaycanda yeni agentlik yaradıldı
- Bakıda bu avtobus da yenilənir: Gediş haqqı...
- Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 43 nəfər...
- Sahil Babayev dövlət qurumlarında yoxlamalar aparacaq
- Xətai İH-də şəhid ailələri ilə görüş keçirildi - Foto
- “Velotrek”də “yanğın” – FHN hərəkətə keçdi - Video
- Hökumənin atasının kartından oğurluq edənə hökm oxundu
- Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu