Putin Ağ Evdə Tramp-Zelenski qovğasından öz məqsədləri üçün istifadə etməyə çalışacaq: əvvəlcə Rusiya ordusu cəbhə bölgəsində irəliləməyə çalışacaq, ikincisi, Trampla yaxın müddətdə görüşməyə can atacaq. Putin Zelenskinin “gününə düşməmək üçün” görüşün üçüncü ölkədə və qapalı keçirilməsini tələb edəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında Ağ Evdə baş verən mübahisə haqda qeyd edib.
O bildirib ki, Ukrayna ABŞ-ın maliyyə və hərbi yardımını artıq unutmalıdır:
“Ukrayna ancaq öz gücünə arxalanmalıdır. Bəlkə də resurslar barədə Ağ Evdə sazişin imzalanmaması Ukraynanın xeyrinə oldu. Tramp həmin sazişlə Ukraynanın resurslarını ələ keçirmək istəyirdi. Buna baxmayaraq, Zelenski ABŞ-ın borcuyla bağlı nəsə etməlidir. Əlbəttə, bu, Trampın iddia etdiyi kimi 350 milyard dollar deyil. Hər halda borcun 100 milyard dollar civarında olduğu bildirilir. Kiyev bu borcu müharibədən sonra hissə-hissə qaytarmalı olacaq. Kiyev indidən bunun mexanimzini düşünməlidir.
Avropa da Ağ Evdəki qovğadan dərs çıxarmağa çalışacaq. Hamıya aydın oldu ki, Trampın Ağ Evdə olduğu müddətdə Avropa ilə ABŞ arasında məsafə daha da uzanacaq, NATO-nun birliyi zəifləyəcək. Avropa ölkələri təhlükəsizliyə xərclərini artırmalı olacaqlar. Avropa ölkələrinin büdcələrini daha çox sosial problemlərin həllinə yönətlmək, təhlükəsizlik məsələlərini isə Amerikaya yükləmək dövrü bitdi. Ağ Evdəki qovğanı gördükdən sonra Azərbaycanın da Tramp administrasiyasından uzaq olması faydalıdır”.
- Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür - ADY
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü