“Ölkəmizə qarşı aparılan səssiz müharibə kateqoriyalarından biri də enerji içkiləri ilə bağlıdır. Burada da hesabat hazırlanmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
“Enerji içkilərinin satışı və istifadəsini də insan hüquqlarının pozulması kimi kateqoriyaya daxil etməliyik. Enerji içkilərindən istifadə edənlərin 23-25 yaşlarında şəkər xəstəlikləri baş qaldırır, tükənməzlik sindromu özünü biruzə verir. Bu isə demoqrafik proseslərə təsir edir və onların övladları olmur. Bu, çox dəhşətli bir şeydir. Enerji içkiləri genefondu qurutmaq üçün xüsusi düşünülmüş səssiz müharibə vasitələrindən biridir”, - deyə millət vəkili bildirib.
- Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür - ADY
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü