ABŞ-ın yardımları dayandırmasından sonra Ukraynanın indiki səviyyədə yalnız 2-3 ay döyüş apara və müdafiə oluna bilər.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Vəli Əlibəyov ABŞ-ın Ukraynaya yardımları dayandırmasını şərh edərkən deyib.
Poltiloq bildirib ki, Ukrayna təxminən 3 aydan sonra ciddi sursat çatışmazlığı ilə üzləşəcək:
“Hətta Avropa yardımlarını əvvəlki həcmdə davam etdirsə belə, yenə də 2-3 aydan sonra Ukrayna həm maddi, həm də hərbi sıxıntılar yaşamağa başlayacaq. Bu da onun bütün cəbhə boyu geri çəkilməsinə gətirib çıxaracaq”.
Politoloq əlavə edib ki, Ukrayna ən qısa müddətdə alternativ silah və maliyyə tədarükü kanalları tapmalıdır:
“Alternativ” isə yenə də ABŞ-dır və Zelenski tez bir zamanda ABŞ-la danışıqları bərpa etməlidir”.
Qeyd edək ki, Prezident Donald Trampın göstərişi ilə ABŞ Ukraynaya bütün hərbi yardımları ötən gündən dayandırıb.
- Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür - ADY
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü