Suriyada baş verən toqquşmaların əsas məğzi odur ki, mart ayında keçid hökumətinin tərkibi elan olunmalı idi, buna ciddi hazırlıqlar gedirdi. Hökumət üzvləri arasında druzların, kürdlərin, ələvilərin nümayəndələri və xanımlar da olacaqdı.
BUTA.TV xəbər verir ki, bu sözləri siyasətçi Natiq Cəfərli Suriyada baş verən toqquşmalar haqda qeyd edib.
O bildirib ki, keçid hökumətinin əksər üzvlərinin Türkiyədə təhsil alanlardan ibarət olması nəzərdə tutulurdu:
“Yəni Rusiyanın və İranın adamlarından kənar, ölkədə “inklüziv” bir hökumət elan edilməli idi. Bu gün baş verənlərin əsas səbəbi Rusiyanın və İranın oyundan kənar qalmasıdır, qan, terror vasitəsi ilə masaya dönmək, oyunqurucu olmaq istəyirlər. Nəticəsi isə günahsız insanların ölümü olur”.
Qeyd edək ki, martın 6-da Əsəd tərəfdarları hesab edilən silahlı qruplaşmanın Suriya təhlükəsizlik qüvvələrinə hücumu ilə Latakiyada dəhşətli toqquşmalar başlayıb. Toqquşmalar zamanı yüzlərlə mülki şəxsin öldüyü iddia edilir.
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü
- "Hər işdə birinci qadınlar"
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu
- Parlamentlərarası əlaqələr üzrə yeni İşçi qrupları formalaşdırıldı
- Metroda qatarda texniki nasazlıq: hərəkət ləngidi
- ADSEA ASAN xidmət indeksi üzrə 2-ci yerə layiq görüldü
- Ödənişli yolla bağlı bu qanun 3-cü oxunuşdan keçdi
- Bu gənc xanıma nazirlikdə yüksək vəzifə verildi