Xəbər verdiyimiz kimi, ötən həftənin cümə günü Nikol Paşinyanın parlamentdə “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləri, hökumət və partiyanın idarə heyətinin nümayəndələrinin iştirakı ilə baş tutan qapalı görüşündə Azərbaycanla sülh prosesi müzakirə olunmuşdu.
BUTA.TV xəbər verir ki, Ermənistanın müxalif “Hraparak” nəşri qapalı görüşlə bağlı maraqlı iddia paylaşıb.
Nəşrin yazdığına görə, deputatlardan biri təcili görüşün səbəbinin Yeqişe Kirakosyanın həmin gün baş verən istefası olduğunu bildirib. Paşinyan komandada yarana biləcək narazılığı əvvəlcədən yatırmağa çalışıb:
“Bir ilə yaxındır ki, mətbuat Kirakosyanın mümkün istefası barədə yazır, buna səbəb Azərbaycanın tələbi ilə Ermənistanın beynəlxalq məhkəmə proseslərindən imtina etməsi olub. İclasda Paşinyan “Mülki Müqavilə” üzvlərinə bildirib ki, sülh prosesi ləngiyir, İlham Əliyev nə ərazi iddialarından, nə də dəhliz tələbindən əl çəkir, imtina ediləcəyi təqdirdə müharibə qaçılmaz olacaq. O, təbliğatçılara bu barədə ictimaiyyəti fəal şəkildə məlumatlandırmağı tapşırıb ki, hər şey hamıya aydın olsun”, - məlumatda bildirilib.
Nəşr informasiyanın “təsdiqi” kimi “Mülki Müqavilə” fraksiyası üzvlərinin Zəngəzura “tez-tez baş çəkdiyini” xatırladıb:
“Məsələn, iqtisadiyyat naziri Gevorq Papoyan ötən həftə iki dəfə bölgəyə səfər edib və yerli partiya fəalları ilə görüşlər keçirib. O, sakinləri mümkün müharibə ilə qorxutmağı tapşırıb”.
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü
- "Hər işdə birinci qadınlar"
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu
- Parlamentlərarası əlaqələr üzrə yeni İşçi qrupları formalaşdırıldı
- Metroda qatarda texniki nasazlıq: hərəkət ləngidi
- ADSEA ASAN xidmət indeksi üzrə 2-ci yerə layiq görüldü
- Ödənişli yolla bağlı bu qanun 3-cü oxunuşdan keçdi
- Bu gənc xanıma nazirlikdə yüksək vəzifə verildi