Ermənistan sülh sazişi mətnində razılaşdırılmayan maddəni - üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılmasını qəbul edib. Bu, Azərbaycanın əsas tələblərindən biri idi. Paşinyan bildirib ki, sülh müqaviləsi imzalandıqdan sonra müşahidəçilər Ermənistan-Azərbaycan sərhədini tərk edəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Ermənistanın Azərbaycanın tələblərini qəbul etməsi və Azərbaycan və Ermənistan arasında sülh sazişi müzakirələrinin yekunlaşması haqda qeyd edib.
Politoloq bildirib ki, bundan öncə İrəvan müşahidəçilərin sərhədin delimitasiya olunmuş hissələrindən çıxarılması mövqeyində israr edirdi, lakin sonda Bakının tələbinə uyğun olaraq, AB qüvvələrinin ümumi sərhəddən uzaqlaşdırılması ilə razılaşdı:
“İstisna deyil ki, müşahidəçilər sərhəddən uzaq bölgələrdə ofis şəraitində işləyəcəklər, lakin sərhəddə patrul xidməti aparmayacaqlar.
Bu, Azərbaycan-Ermənistan münasibətlərində sülh mərhələsinin başlanması istiqamətində ciddi addımdır, lakin hələ hər şeyin yekunlaşması demək deyil. Əsas məsələ Bakı-İrəvan xəttində problemlərin üçüncü tərəf olmadan, müzakirə masasında həll edilməsi imkanlarının tükənməməsidir”.
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA