Azərbaycan Respublikasının Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq İlqar Allaz oğlu Hacıyevi, Qurban Cəlal oğlu Məmmədovu, Tural Əlövsət oğlu Sadıqlını İstintaq İdarəsinə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorluqdan İTV-yə bildirilib. Məlumata görə, Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxslər – İlqar Allaz oğlu Hacıyevə, Qurban Cəlal oğlu Məmmədova, Tural Əlövsət oğlu Sadıqlıya Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildirişlər göndərilib.
Onlar bir sıra cinayətlərdə ittiham olunurlar.
Qeyd edək ki, Qabil Məmmədov, Məhəmməd Mirzəli, Elşad Məmmədov da İstintaq İdarəsinə çağırılıb.
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA