Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Baş nazir “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilə”nin mətninin təsdiqlənməsi və danışıqların başa çatması barədə Fransa prezidentinə məlumat verib.
Həmsöhbətlər Ermənistan-Fransa və Ermənistan-AB münasibətlərini, eləcə də Cənubi Qafqaz regionu ilə bağlı digər məsələləri də müzakirə ediblər.
Qeyd edək ki, Paşinyan bundan öncə Rusiya lideri Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkiana zəng edərək, Azərbaycanla sülh sazişi mətninin razılaşdırılması barədə məlumat vermişdi.
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA