Moskva Azərbaycanın Rusiya ilə çoxşaxəli əməkdaşlığı davam etdirmək və müttəfiqlik münasibətləri qurmaq əzmində olduğuna əmin olub.
BUTA.TV “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Bakıya səfəri ilə bağlı deyib.
“Azərbaycanın Rusiya ilə çoxşaxəli əməkdaşlığı davam etdirmək əzminə tam aydın əminlik almışıq. Açıq danışdıq, səmimi danışdıq, bu gün cari gündəmdəki aktual məsələləri müzakirə etdik. Tam əminliklə demək istəyirəm ki, Rusiya kimi, Azərbaycan da eyni yüksək səviyyəli münasibətləri, müttəfiqlik, tərəfdaşlıq, mehriban qonşuluq və qarşılıqlı hörmət münasibətlərini bundan sonra da davam etdirmək əzmindədir”, - o bildirib.
Qeyd edək ki, V.Matviyenko Bakıya 16 martda səfər edib.
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA