Amerikalı sahibkar İlon Mask Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin Rusiyanın onunla ABŞ prezidenti Donald Trampı barışdırmağa hazır olması ilə bağlı zarafatına reaksiya verib.
BUTA.TV xəbər verir ki, Mask Medvedeyvin X sosial şəbəkəsindəki paylaşımına gülən emoji qoyub.
Medvedyev hesabında yazmışdı ki, Rusiya tərəfi Mask və Tramp arasında münaqişənin həllinə “məqbul ödəniş müqabilində” kömək etməyə hazırdır. Siyasətçinin sözlərinə görə, Moskva ödəniş kimi "Starlink" səhmlərini də qəbul edə bilər.
Xatırladaq ki, iyunun 5-də Maskla Tramp arasında fikir ayrılıqları pik həddə çatıb. Onlar sosial şəbəkələrdə bir-biri haqqında qarşılıqlı sərt ittihamlarla çıxış ediblər.
- Ombudsmandan Xocalı soyqrımı ilə bağlı bəyanat
- Heydərovun iki müavini vəzifədən azad edildi - Sərəncam
- Bakcell Qarabağ Universitetində tələbələrlə görüş keçirdi
- Sabah intensiv yağış yağacaq
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı