“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müavini Arif Ağayev Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Çinin Quandun əyalətinin Siyasi Məşvərət Konfransının sədri Lin Ketsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
BUTA.TV xəbər verir ki, görüşdə Bakı Limanı və Quandun əyalətində yerləşən Şençjen, Quancou, Juhai, Şantou və Cantszyan limanları arasında əməkdaşlıq imkanları, Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsi olan Orta Dəhlizin strateji rolu, bu marşrut üzrə yüklərin səmərəli və təhlükəsiz daşınması və yük daşımaları sahəsində ortaq maraq doğuran məsələlər müzakirə edilib.
ADY-nin beynəlxalq dəhlizlərin, o cümlədən Çin və Avropa arasında səmərəli və etibarlı nəqliyyat bağlantısını təmin edən Orta Dəhlizin inkişafı üçün gördüyü işlər, Bakı Limanının beynəlxalq yükdaşımalardakı rolu qonaqların diqqətinə çatdırılıb.
Bildirilib ki, Orta Dəhlizin əsas seqmentlərindən olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı müasir texnoloji imkanları və sürətli yük əməliyyatları üçün müvafiq infrastrukturu sayəsində illik 15 milyon ton yükaşırma gücü ilə Şərq-Qərb-Şərq yükdaşımaları üçün geniş imkanlar açır.
Çin nümayəndə heyəti Bakı Limanının regionda artan logistik potensialını və multimodal daşımalar üçün əlverişli imkanları ilə tanış olub.
Qeyd edək ki, hazırda Çinin Sian limanından Orta Dəhlizlə müntəzəm konteyner blok-qatarlarının göndərilməsi həyata keçirilir.
- Ombudsmandan Xocalı soyqrımı ilə bağlı bəyanat
- Heydərovun iki müavini vəzifədən azad edildi - Sərəncam
- Bakcell Qarabağ Universitetində tələbələrlə görüş keçirdi
- Sabah intensiv yağış yağacaq
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı