ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya İrana qarşı müharibəyə başlamağa icazə verməklə sərt üzünü göstərdi.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İsrailin İrana hücumlarını şərh edərkən deyib.
“Halbuki buna qədər Tramp Netanyahunu səbirli olmağı, Vaşinqtonun Tehranla danışıqlarının nəticəsini gözləməyi məsləhət görürdü. Ancaq danışıqlarda irəliləyiş olmadı. Tramp vədinin əksinə olaraq Rusiya-Ukrayna müharibəsini dayandıra bilmir. Bu səbəbdən İranla danışıqların nəticə verməyəcəyini anlayan Tramp bu dəfə İsrailə mane olmamağa üstünlük verdi. Çünki əks halda Tramp daxili və xarici auditoriyaya Tehranla danışıqların niyə nəticəsiz qaldığını anlatmalıydı. Bu isə Trampın xarici siyasətdə növbəti uğursuzluğu kimi vurğulanacaqdı.
İsrail hava zərbələriylə İranın uranı zənginləşdirmək potensialını heçə endirərsə, Tramp bunu öz uğuru kimi qələmə verəcək”, -deyə Şahinoğlu vurğulayıb.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına dağıdıcı zərbələr endirib, nüfuzlu generalları evindəcə məhv edib.
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi