İranın Ermənistandakı səfiri Mehdi Sübhani İsrailin pilotsuz təyyarələrinin guya Naxçıvan və Qarabağ ərazisindən İrana hücum etməsi barədə iddialara cavab verib.
BUTA.TV xəbər verir ki, bu barədə Sübhani erməni jurnalistlərin bu yöndən sorğusunu cavablandırıb.
“Məndə belə bir məlumat yoxdur”, - o bildirib.
Qeyd edək ki, iranlı politoloq, SEPAH-ın göstərişlərini icra edən Salar Seyfəddin guya Təbrizi vuran (həm də məhz Təbrizi – red.) PUA-ların Naxçıvan və Qarabağdan qalxdığı haqda cəfəngiyyat səsləndirib və təbii ki, erməni mediası da bunu həvəslə tirajlayıb.
Xatırladaq ki, İranı vuran İsrail PUA-larının İranda istehsal edildiyi, yığıldığı, daşındığını İran kəşfiyyatı təsdiqləyib və İsrail casuslarını 4 gündür həbs etməklə məşğuldur.
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək