Əslində İrana zərbələr Yaxın Şərqdəki maraqlarından imtina etməyə razı olmayan Çinə müəyyən bir mesajdır.
Bu sözləri BUTA.TV-a açıqlamasında rusiyalı ekspert Vitali Arkov deyib.
“Məgər buna görə çinli yoldaşlarımız uzun illər İranın indiki mürəkkəb hakim elitası ilə qarşılıqlı anlaşma axtarmaq və tapmaq üçün vaxt sərf edib?! Bu, Qərbin kuklasına çevrilmək üçün az qala fürsət axtaran keçmiş Şah Məhəmməd Rza Pəhləvi deyil”, - o bildirib.
Arkovun sözlərinə görə, hazırda mediada Çinin niyə susması və İranın müdafiəsinə qalxmaması ilə bağlı geniş müzakirələr gedir:
“Deyirlər ki, yalnız Pakistan açıq şəkildə dəstəyini ifadə edib. Əslində, İslamabadın bəyanatlarına Pekinin reaksiyası kimi baxmaq lazımdır. Bir çox sahələrdə, o cümlədən hərbi sahədə onların sıx qarşılıqlı əlaqəsini bilirik. Yəni Pakistan Çinin təkcə Hindistana qarşı istifadə etdiyi “dəyənəyi” deyil. Bu, eyni zamanda, Netanyahu və Trampın döyüş istəyini soyutmaq üçün bir vasitədir. Üstəlik, hazırda çoxlarını təəccübləndirən “Xeybər” və “Fəttah” ballistik raketlər ailəsi İran hərbi-sənaye kompleksi dizaynerləri tərəfindən xarici tərəfdaşlarla birgə işlənib hazırlanıb. Onların istehsalında Çin və ya Rusiya “əlinin” olması məsələsini isə yalnız təxmin edə bilərik”.
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb
- Ötən həftə 593 yanğın oldu, 37 nəfər xilas edildi