ABŞ bu günə qədər İranla bağlı müharibəyə qoşulma bəyanatlarını əsasən təzyiq vasitəsi kimi istifadə edib. Hətta ABŞ bu istiqamətdə hərbi infrastrukturunu da müəyyən hazırlıq vəziyyətinə gətirir ki, İran tərəfinə ciddi bir mesaj getsin – yəni ABŞ buna hazırdır.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Fərhad Məmmədov bildirib.
Ekspertin sözlərinə görə, ABŞ müharibəyə girərsə, Yaxın Şərqdəki bazaları təhlükə altına düşəcək:
“ABŞ-ın birbaşa müharibəyə qoşulması İranın cavab zərbələri ilə nəticələnə bilər. Artıq görürük ki, İranın cavab atəşi açmaq imkanları var – raketləri mövcuddur, texnologiyası zəif deyil və bu raketlər uzaqmənzilli hədəflərə çata bilir. Bütün bunları nəzərə aldıqda, düşünürəm ki, ABŞ təzyiq mexanizmindən istifadə edəcək, amma nəticədə daha çox münaqişəyə cəlb olunmuş İsraili dəstəkləməklə kifayətlənəcək – xüsusilə də ona yüksək dəqiqlikli silahlar verməklə”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İsrailin İrana qarşı apardığı hücum əməliyyatlarına qoşulma barədə ciddi düşündüyü barədə məlumat yayılıb.
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək