Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətinə əsasən 2025-ci il iyunun 19-da ölkəmizə səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
"Cənab Prezidentimizin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2023-cü ilin fevral ayında ölkəmizdə baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan Məhləsi” adlı daimi yaşayış məhəlləsinin açılışı həyata keçiriləcək" - deyə Fəxrəddin Altun əlavə edib.
Onun sözlərinə görə, səfər zamanı Türkiyə ilə Azərbaycan arasında münasibətlərin mövcud vəziyyəti və aktual regional inkişaflarla bağlı fikir mübadiləsinin aparılması da nəzərdə tutulur.
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək