"Hafka" ləqəbi ilə tanınan azərbaycanlı iş adamı Hafiz Məmmədov müflisləşməsindən sonra, təxminən 10 ildən artıq müddətdə çoxsaylı əmlakının hesabına oliqarx həyatını davam etdirib. Lakin eks-milyonçu hazırda bütün əmlaklarını itirib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, iş adamının "Milyonçular məhəlləsi" adlanan Məmməd Araz küçəsində 9 ədəd villası olub. Hafka villalarını bu illər ərzində dəyər-dəyməzə satıb. Bahalı mülklərin bir hissəsini "Putin İlham" kimi tanınan biznesmen İlham Rəhimov alıb, bir hissəsi isə digər şəxslərə satılıb.
Hazırda Hafiz Məmmədovun "Milyonçular məhəlləsi"ndə demək olar ki, qalmağa yeri yoxdur.
Məlumata görə o, Ağ Şəhərdə yerləşən binaların birində kirayədə yaşayır.
Onun İngiltərənin London şəhərində yerləşən mülkü də ailəsinin əlindən çıxıb.
Qeyd edək ki, Hafiz Məmmədov "Baghlan Group" şirkətinin və "Bakı" Futbol Klubunun prezidenti, eləcə də "Bank of Azerbaijan"ın Müşahidə Şurasının sədri olub.
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək