Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Komissiyasının vitse-spikeri və AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallasla telefon danışığı aparıb.
BUTA.TV xəbər verir ki, danışıqlarda regiondakı vəziyyət, o cümlədən İranda baş verən son hadisələr müzakirə olunub və regional sabitliyin təmin olunması üçün fikir mübadiləsi aparılıb.
Həmçinin, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı son müzakirələrə toxunulub.
Ermənistan-Avropa Birliyi əməkdaşlığının inkişafı və gələcək əlaqələrin gündəliyi barədə də fikir mübadiləsi aparılıb.
- NK bu səlahiyyətindən məhrum ola bilər
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb