Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana Astara sərhəd-keçid məntəqəsi vasitəsilə təxliyə edilib.
BUTA.TV xəbər verir ki, bu barədə CGTN nəşri məlumat yayıb.
Nəşr Çinin Azərbaycandakı səfirliyinə istinadən qeyd edir ki, təxliyə edilmiş vətəndaşlara vətənlərinə qayıtmaları üçün yardım göstərilir.
Bildirilib ki, bütün vətəndaşlar Bakıdakı müxtəlif otellərdə yerləşdirilib, səfirlik onların Çinə geriyə uçuş biletləri bron edib.
Həmçinin qeyd olunub ki, Çin vətəndaşlarının Azərbaycana təxliyəsi davam edir.
- Ötən həftə 593 yanğın oldu, 37 nəfər xilas edildi
- Bu şəxslərə əlavə kompensasiyalar ödəniləcək
- Deputat tərəfindən döydürüldüyü deyilən şəxs işdən çıxdı
- Səhər saatlarında Bakıda obyektdə partlayış oldu - Video
- İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək
- Bu şəhərdə işıq olmayacaq
- İranlı nazir Bakıya gəldi
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...