CNN-in verdiyi məlumata görə, Tramp artıq İrana qarşı bombardman qərarını verib. İki həftəlik möhlətlə bağlı səsləndirilən bəyanatlar isə əslində Tehranı çaşdırmaq və zərbəyə hazırlıqları ört-basdır etmək məqsədi daşıyan dezinformasiya kampaniyasının bir hissəsidir. Bombardmanlar istənilən anda başlaya bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.
O bildirib ki, B‑2 Spirit strateji bombardmançıları hazırda Hind okeanındakı hərbi bazaya doğru yoldadır, bu təyyarələr yeraltı obyektləri məhv edə bilən xüsusi bombalarla (GBU-57) təchiz oluna bilər:
“Son günlər ərzində ABŞ ordusunda aşağıdakı yerdəyişmələr həyata keçirilir:
- ABŞ Hərbi Dəniz Qüvvələrinin “Gerald R.Ford” və “Nimitz” gəmiləri bölgəyə yaxın sulara yaxınlaşıb;
- ABŞ Hərbi Hava Qüvvələri son günlərdə bölgəyə onlarla F-16, F-22, F-35 qırıcıları və yanacaq doldurma təyyarələri göndərib;
- B-2 Spirit strateji bombardmançıları Missuri ştatındakı “Vhiteman” bazasından havaya qalxıb və hazırda Sakit okean üzərindən Quama və Hind okeanındakı Dieqo-Qarsiya bazasına doğru uçurlar. Bu, İranın nüvə və yeraltı obyektlərinə zərbə endirməyə hazırlıq ola bilər;
- “Paul İqnatius” esminesi və “Mount Vitney" komanda gəmisi Aralıq dənizinə yerləşdirilib;
- Hazırda Yaxın Şərqdə 45000-60000 ABŞ hərbçisi var. Qətər, Küveyt, BƏƏ və İraqdakı bazalarda PUA-lara və raket hücumlarına qarşı gücləndirilmiş HHM sistemləri yerləşdirilib.
Bütün amillər və hadisələr onu göstərir ki, ABŞ İranın bombardmanına başlayacaq. Təbii ki, Trampın son anda geriyə addım atması da istisna olunmur, amma indiki məqamda baş verən bütün hadisələr onu göstərir ki, ABŞ hərbi əməliyyatlara qoşulacaq”.
- NK bu səlahiyyətindən məhrum ola bilər
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb