Hazırda Azərbaycanın İranla sərhədində radiasiya fonunda heç bir dəyişiklik yoxdur.
BUTA.TV xəbər verir ki, bunu azərbaycanlı ekoloq, “Environmental Protection First” koalisiyasının həmtəsisçisi Amin Məmmədov “RİA Novosti”yə açıqlamasında deyib.
“Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi laboratoriyalarının əməkdaşları müasir avadanlıqlardan istifadə etməklə respublikanın İranla sərhədlərində radiasiya fonunun səviyyəsini müəyyən edirlər. Bu gün səhər saatlarından etibarən monitorinqlər gücləndirilib. Hazırda Azərbaycanın İranla bütün sərhədində radiasiya fonunda heç bir dəyişiklik yoxdur”, - Məmmədov bildirib.
Qeyd edək ki, bu gün ABŞ-ın Hərbi Hava Qüvvələri İranın 3 nüvə obyektinə zərbələr endirib.
- NK bu səlahiyyətindən məhrum ola bilər
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb