İsrail-İran münaqişəsinin 11-ci günündə də “Astara” dövlət sərhədinin buraxılış məntəqəsindən xarici ölkə vətəndaşlarının Azərbaycana təxliyəsi davam edir.
BUTA.TV xəbər verir ki, “Astara” dövlət sərhədinin buraxılış məntəqəsi ilə xarici ölkə vətəndaşlarının əvvəlki günlərdəki kimi təxliyəsi davam edir.
Bu gün ərzində təxliyə edilənlər əsasən ABŞ, Britaniya, Kanada, Belçika, Portuqaliya, Xorvatiya, Çin, Pakistan, Şri-Lankadan olan vətəndaşlardır. Azərbaycan ərazisindən tranzit yolla gələnlərin rahat keçidi üçün şərait yaradılıb, zəruri tibbi yardıma ehtiyacı olanlara xidmət göstərilib, çay süfrəsinə dəvət olunublar.
Rəsmi gömrük prosedurlardan sonra xarici vətəndaşlar onlar üçün ayrılan xüsusi avtobuslarla yola salınıblar.
Xarici vətəndaşlar yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.
- NK bu səlahiyyətindən məhrum ola bilər
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb