Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa Birliyi Azərbaycanı etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır.
BUTA.TV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında səsləndirib.
Bu gün Azərbaycan qazının kəmərlər vasitəsilə 12 ölkəyə ixrac edildiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib:
“Məhz bu göstəriciyə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir”.
- NK bu səlahiyyətindən məhrum ola bilər
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb