“İsrailə casusluq”da ittiham olunaraq edam cəzasına məhkum edilən Güney Azərbaycan əsilli isveçli alim Əhmədrza Cəlalinin həyatı təhlükədədir.
BUTA.TV xəbər verir ki, bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.
Alimin iyunun 22-də Tehranın Evin həbsxanasından naməlum yerə aparıldığı bildirilib.
“İsrailə casusluq” ittihamına görə saxlanılan məhbusların edamına başlanıldığı üçün Cəlalinin də edam ediləcəyi barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Cəlali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.
2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi “İsrailə casusluq” ittihamına görə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.
- NK bu səlahiyyətindən məhrum ola bilər
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb