"Rusiya tərəfi Yekaterinburqda qardaşlarımın qətlini ört-basdır etməyə çalışır".
Oxu.Az-ın məlumatına görə, bunu bu gün Heydər Əliyev adına Hava Limanında Yekaterinburqda hüquq-mühafizə orqanlarının evə basqını zamanı öldürülən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, tanınmış jurnalist Seyfəddin Hüseynli deyib.
O bildirib ki, bu, təkcə bir ailənin, bir el-obanın deyil, bütün Azərbaycanın acısıdır: Toyuqlu pizza
"Yekaterinburqda baş verən faciədə ölkəmizin ləyaqətli oğulları qanunsuz şəkildə həbs olunub, amansız işgəncələrə məruz qalaraq öldürülüblər. Onlara qarşı saxta ittihamlarla qondarma "məhkəmə" qurulub. Rusiya tərəfi baş verənləri ört-basdır etməyə çalışır. Elə təqdim edirlər ki, guya həyəcan keçiriblər və ürəktutmasından vəfat ediblər. Ancaq məhkəmə-tibb ekspertizası hər şeyi ortaya qoyacaq. Hadisə ictimailəşəndən dərhal sonra dövlətimiz çevik reaksiya verdi, böyük bir faciənin daha da böyüməsinin qarşısı alındı. Prezident İlham Əliyevə, diaspor nümayəndələrimizə və xalqımıza təşəkkür edirəm. Onlar bu ailəyə dəstək verdilər".
Mərhum qardaşlarla vida mərasimi Ağcabədidə keçiriləcək və onlar doğulduqları torpaqda dəfn olunacaqlar.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı