Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər gəlib.
BUTA TV xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, bildirişdə rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı qeyd olunub. Qərarın Azərbaycan dilinin əsas təhsil vasitəsi kimi mövqeyini gücləndirmək və bütün vətəndaşları vahid təhsil mühitinə inteqrasiya etmək məqsədi daşıdığı söylənilir.
İddiaya görə, islahatlar mərhələli şəkildə aparılacaq. Yaxın üç ildə rusdilli məktəblər Azərbaycan dilində tədrisə keçəcək, müəllimlərin ixtisasartırma kursları təşkil olunacaq.
Qeyd edək ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı