Latviyanın Müdafiə Nazirliyi bəyan etdi ki, Türkiyə Böyük Britaniyanın başçılıq etdiyi "Ukrayna üçün dron koalisiyasına" qoşulub.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib. O xatırladıb ki, “Ukrayna üçün dron koalisiyası” 11 yanvar 2024-cü ildə yaradılıb:
“Bu, Ukraynanın müdafiə və hücum imkanlarını artırmaq məqsədilə müttəfiq ölkələrin yaratdığı beynəlxalq təşəbbüsdür. Koalisiyanın fəaliyyət istiqaməti:
- Ukrayna Silahlı Qüvvələrini müasir dronlarla təmin etmək (istehsal etmək, istehsalını maliyyələşdirmək, ya da 3-cü ölkələrdən almaq);
- Kəşfiyyat;
- Düşmən texnikası və mövqelərinə zərbələrin koordinasiyası;
- Radioelektron mübarizə;
- Artilleriya üçün koordinatların təyini və s.
Başqa sözlə, "Ukrayna üçün dron koalisiyası" müharibədə böyük rol oynayır və həmin koalisiya Rusiya qarşı son dərəcədə mənfi münasibəti olan ölkələrdən ibarətdir.
Türkiyənin bu koalisiyaya qoşulması Rusiyaya çox sərt siyasi mesaj olmaqla yanaşı, Ukrayna üçün çox müsbət hərbi-texniki dəstəkdir”.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı