Gilan Əyalət Prokurorluğu Məsud Pezeşkianı öldürməyə çağıran Rəşt Şəhər Şurasının üzvü Rza Aşəriyə cinayət ittihamı elan edib.
BUTA.TV xəbər verir ki, bu haqda İranın rəsmi dövlət mediası məlumat yayıb.
“Rəşt Şurası üzvünün sosial şəbəkədəki səhifəsində məlum materialın paylaşılmasından sonra əyalət prokuroru məhkəməyə müraciət edərək, onun məhkəməyə çağırılmasını tələb edib”, - məlumatda deyilir.
Bildirilib ki, cinayət işi açıldıqdan və məhkəmə işi qaldırıldıqdan sonra sözügedən şəxs “ictimai rəyi narahat etdiyi üçün” məhkəməyə çağırılıb.
Hazırda iş üzrə ibtidai araşdırma aparılır.
Qeyd edək ki, Rza Aşəri İsrail hökumətini İran Prezidenti Məsud Pezeşkianı öldürməyə çağırmışdı.
Rza Aşəri mühafizəkar siyasi cərəyana mənsubdur və ötən ilin prezident seçkilərində Məsud Pezeşkianın əsas rəqibi Səid Cəlilinin bölgədəki seçki qərargahının rəhbəri olub.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı