Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşü zamanı deyib.
“Təəssüf ki, son beş ildə Ermənistan tərəfində heç bir iş (Zəngəzur dəhlizi ilə bağlı – red.) aparılmayıb. Bu məsələ qəsdən gündəmdən çıxarılır. Belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Əgər onlar bu prosesi əngəlləməkdə davam etsələr, düşünürəm ki, nəinki bu gün düşdüyü nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcrid vəziyyətində olacaqlar”, - İ.Əliyev qeyd edib.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı