Kibertəhlükəsizlik üzrə mütəxəssis Fərid Pərdəşünas sosial şəbəkədə maraqlı hadisəni izləyicilərlə bölüşüb.
BUTA.TV Konkret.az-a istinadla xəbər verir ki, onun sözlərinə görə, Ermənistan istifadəçilərinin X platformasında Azərbaycana qarşı etiraz məqsədilə apardığı kampaniya gözlənilməz nəticə verib.
Mütəxəssis qeyd edib:
“Etiraz mesajlarında “Azərbaycan” sözünü yazmaq əvəzinə simvol limitinə görə AZ bayraq emojisini istifadə ediblər. Bu isə X-in alqoritmi tərəfindən Azərbaycan bayrağını Ermənistan üzrə trendin zirvəsinə çıxarıb. Maraqlı, təsadüfi və simvolik bir hadisədir. Dünən #AzərbaycanaSanksiya yazanlar, bu gün fərqində olmadan öz trendlərində Azərbaycan bayrağını dalğalandırıblar”.
Sosial media alqoritmləri və emosional kampaniyaların bəzən necə əks nəticə verdiyinin daha bir nümunəsi kimi dəyərləndirilən bu hadisə, virtual mübarizənin də nə qədər diqqət tələb etdiyini göstərir.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı