Sosial şəbəkələrdə yayılan doğum haqqında şəhadətnamənin fotosu diqqət çəkib.
“BUTA TV”nin məlumatına görə, şəhadətnaməni ön plana çıxaran məqam isə yeni doğulan körpənin adının Həşimov Polad olmasıdır. Bu ilin iyunun 23-də dünyaya gələn körpənin Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovla adaş olması maraqla qarşılanıb.
Və bir çoxunun beynində eyni fikir yaranıb: Bir ölər, min dirilərik...
Qeyd edək ki, Həşimov Polad İsrayıl oğlu 14 iyul 2020-ci il tarixdə Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhid general-mayor ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı