Rusiya Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironov TASS-ın baş direktorunun keçmiş birinci müavini Mixail Qusmanın dövlət mükafatlarından məhrum edilməsini istəyib.
BUTA.TV xəbər verir ki, bu barədə Mironov özünün Teleqram kanalında yazıb.
“Rusiya Konstitusiyasının 89-cu maddəsinə dəyişiklik etmək və Rusiya prezidentinə təkcə dövlət mükafatları vermək deyil, həm də onları ləğv etmək hüququ vermək lazımdır. Bu gün bu, yalnız ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkəmə qərarı ilə mümkündür. Bəs bir şəxs cinayət deyil, dövlətə xəyanətlə həmsərhəd bir hərəkət edibsə, nə etməli? İndi TASS-ın baş direktorunun keçmiş birinci müavini Qusman Azərbaycanda açıq-aşkar antirusiya ruhunun hökm sürdüyü və prezident Əliyevin Ukraynanı işğala qarşı mübarizəyə çağırdığı forumda onun unikal xarici siyasətini tərifləyib. Azərbaycanın antirusiya siyasətini unikal hesab edən şəxs Rusiya mükafatlarını ala bilərmi? Xeyr. Və belə bir insan məhkəmə tərəfindən deyil, vicdanına görə, Rusiya prezidentinin qərarı ilə dövlət mükafatlarından məhrum edilməlidir”, - o bildirib.
Qeyd edək ki, S.Mironov ictimaiyyətdə antiazərbaycan bəyanatları ilə tanınır.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı