BMT Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ Prezidenti Donald Tramp arasında sabah Vaşinqtonda keçiriləcək üçtərəfli görüşü alqışlayır.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında BMT rəsmisi Fərhan Haq bildirib.
Onun sözlərinə görə, BMT Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşması istiqamətində bütün irəliləyişləri daim dəstəkləyib və təşviq edib.
"Xüsusilə, mart ayında iki ölkə arasında sülh sazişi layihəsinin razılaşdırılması istiqamətində atılan addımlar bu baxımdan mühüm idi. Baş katib Quterreş Ermənistan və Azərbaycan liderləri ilə Prezident Donald Tramp arasında keçiriləcək sabahkı görüşü müsbət qarşılayır və alqışlayır”.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı