Dövlət sirrini yayan xarici vətəndaşa hökm oxundu

15:38 - 19 Mart 2026 - GÜNDƏM

 Dövlət sirrini yayan xarici vətəndaşa hökm oxundu

Azərbaycanda dövlət sirrini yaymaqda ittiham edilən xarici ölkə vətəndaşı Əsgər Cəfərzadənin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış (DTX) cinayət işi üzrə o, üç il müddətə azadlıqdan məhrum edilib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə hökm Nizami Rayon Məhkəməsində elan olunub.

Hökmə əsasən, həmçinin o, iki il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan da məhrum edilib.

Qeyd edək ki, Əsgər Cəfərzadə DTX tərəfindən saxlanılıb. O, AR Cinayət Məcəlləsinin 284.1-ci (dövlət sirrini yayma) maddəsi ilə ittiham olunur.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda bu idarələr ləğv olunur

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol