Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama

18:14 - 11 Aprel 2026 - GÜNDƏM

 Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama

Üzərində tikilən evlər səbəbindən Xətai rayonu, Rəşid Bağırov küçəsində çökən diamertri 1200 mm-lik tullantı su kollektorunun təmir-bərpa işləri davam etdirilir.

Bu barədə BUTA.TV-a Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin (ADSEA) Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xidmətin balansındakı kollektor üzərində aparılan işlər Agentliyin Tikilməkdə Olan Obyektlərin Müdriyyəti tərəfindən icra olunur. Ətrafda təklükəsizlik tədbirləri görülüb, mühafizə bəndləri qurulub. Geniş ərazini əhatə edən 9 metr dərinlikdə xəndək qazıldıqdan sonra kollektorun qəzalı hissəsini aşkara çıxarmaq mümkün olub. Kollektorun qəzalı hissəsi yenisi ilə əvəzlənəcək.

Tikinti-bərpa işlərinin səmərəli icrasına nail olmaq məqsədilə yaradılan qərargaha ADSEA sədri Zaur Mikayılov rəhbərlik edir.

Bu xəbər hal-hazırda çox oxunur
Xəzərdə zəlzələ oldu

Xatırladaq ki, həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub. Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol