Estetik xidmət bazarı genişləndikcə, bu sahədə peşəkar olmayan şəxslərin fəaliyyəti də daha çox diqqət çəkməyə başlayıb. Son illər tibbi təhsili və ixtisası olmadığı halda özünü “kosmetoloq” kimi təqdim edən şəxslərin sayı artıb, bu isə həm pasiyentlərin sağlamlığını, həm də səhiyyə sisteminə etimadı risk altına salıb.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla bildirib ki, səhiyyədə əsas problemlərdən biri lisenziya və akreditasiya sisteminin formalaşdırılmamasıdır:
“Bütün bu hadisələr təsadüfən baş vermir, onların ortaya çıxması üçün uyğun şərait olur. Problem ondadır ki, belə şəxslərin arxasında dayanan, onlara dəstək verən qüvvələr var və ya qanundakı boşluqlardan sui-istifadə edilir. Əsas sual budur: ölkədə niyə indiyə qədər akreditasiya sistemi qurulmayıb, niyə həkimlər lisenziya əsasında fəaliyyət göstərmir?! Bu sistem formalaşmadıqca problem davam edəcək”. Onun sözlərinə görə, təkcə sertifikasiya bu problemi həll etmir, əksinə, dərinləşdirir: “Sertifikasiya imtahanları ilə məsələni ört-basdır etmək olmaz. Əksinə, bu cür yanaşma mənfi halların artmasına və sonda belə vəziyyətlərin yaranmasına şərait yaradır”. Əgər lisenziya sistemi tətbiq olunsaydı, hər bir həkimin sənədləri və peşə fəaliyyəti yoxlanılar, yalnız bundan sonra ona fəaliyyət lisenziyası verilərdi. Həkim də yalnız öz ixtisası üzrə işləyə bilərdi və bunun hüquqi əsası olardı. Bu sistem qurulmadığı üçün də bu gün ortada saxta kosmetoloqlar da var, estetik cərrah adı ilə çalışanlar da var, başqa sahələrə müdaxilə edənlər də var. Belə davam etsə, bu problemlər yenə olacaq”.
Tibb Universitetinin dosenti, farmakoloq Aydın Əliyev bildirib ki, Azərbaycanda həkim işləmək üçün ali tibb təhsili şərtdir:
“Azərbaycanda həkim kimi fəaliyyət göstərmək üçün ali tibb təhsili almaq vacibdir. Yəni şəxs tibb universitetinin müvafiq fakültəsini, yəni müalicə işi, stomatologiya, hərbi tibb və ya digər uyğun ixtisas sahəsini bitirməlidir. Bundan sonra isə seçdiyi ixtisas üzrə imtahan verib sertifikat almalıdır. Yalnız bu mərhələlərdən keçən şəxs həkim kimi işləyə bilər. Tibbi diplomu olmayan bir şəxsin həkim fəaliyyəti göstərməsi isə ciddi qanun pozuntusudur və buna aidiyyəti qurumlar tərəfindən hüquqi qiymət verilməlidir”.
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi
- Bulvarda gülləri əzənlər polisə çağırıldı - Video
- Daha 1000-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Prezident sərəncam imzaladı
- "Azercell"dən yenilik: bu cihazlarla istənilən yerdə onlayn ol