Sahildə güclü zəlzələ: Ərazidə parçalanma başladı

13:24 - 13 Aprel 2026 - GÜNDƏM

 Sahildə güclü zəlzələ: Ərazidə parçalanma başladı

Narahatlığa ehtiyac yoxdur, Azərbaycanda dağıdıcı zəlzələ olmayacaq.

Bu sözləri BUTA.TV-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bir neçə gündür Xəzərdə baş verən zəlzələlər haqda deyib.

Onun sözlərinə görə, aprelin 8-də Xəzər dənizində orta güclü – 5.3 maqnitudalı zəlzələdən sonra həmin ərazidə parçalanma prosesi başlayıb:

“Bu günə qədər isə 500-dən çox xırda təkan olub. Bu gecə də 18 afterşok qeydə alınıb. Proses nəticəsində dərinlik qırılması boyunca həm eninə, həm də uzununa layların parçalanması davam edir. Parçalanmalar müxtəlif dərinliklərdə baş verdiyinə görə lay dəstələrinin kilometrlərlə qırılması müşahidə olunur. Bir tərəfdən sıxılma və parçalanma, digər tərəfdən isə genişlənmə təsiri baş verir və bu səbəbdən zəlzələlər meydana gəlir. Bu proses normaldır və bir müddət davam edəcək. Ola bilər ki, aralarında hiss olunan təkanlar da olsun, lakin bu, qorxulu deyil. Bu hal ərazidə seysmiklik fon səviyyəsinə düşənə qədər davam edə bilər. Bir daha qeyd edim ki, bu proses güclü və katastrofik zəlzələyə səbəb ola bilməz”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol