Qızılağaclar kəsildi: saxlanılanlar var

15:02 - 20 Aprel 2026 - GÜNDƏM

 Qızılağaclar kəsildi: saxlanılanlar var

Oğuz rayonunda qanunsuz ağac kəsilməsi və torpaq zəbt edilməsi faktları üzrə 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, rayonun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağac ağacının kəsilməsi nəticəsində təbiətə 5 min manatdan artıq maddi ziyan vurulub.

Keçirilən əməliyyat tədbirləri ilə həmin əməli törətməkdə şübhəli bilinən kənd sakini, 58 yaşlı A.Məmmədov saxlanılıb.

Bundan əlavə, Yaqublu kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 60 hektar torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktı da aşkarlanıb. Araşdırmalar zamanı həmin ərazidə 350 ədəd qaratikan kolunun məhv edildiyi və nəticədə təbiətə 26 min manatdan artıq ziyan vurulduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən bu əməli törətməkdə şübhəli bilinən daha iki nəfər də saxlanılıb.

Hər iki fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol