Ukraynadan Azərbaycana idxal olunan 4,9 ton dondurulmuş toyuq məhsulunda (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) uyğunsuzluq aşkarlanıb.
Bu barədə BUTA.TV-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, laborator müayinələr nəticəsində məhsulda "salmonella" (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya - red) aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.
- Kür çayı daşdı: Samuxda əkin sahələrini su basdı
- Məktəb direktorlarının diqqətinə!
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - Foto
- Futbol komandamız Madriddən medalla qayıtdı
- Rusiyadan gətirilən bu yağlarda problem çıxdı - Foto
- Kaşıbeyaz Bakıda: Türk mətbəxinin yeni ünvanı "Dreamland"də
- 70 kq qızılla saxlanılan Məmmədova cəza istənildi
- Bu yataqlar "AzerGold"un istifadəsinə verildi