Sabah Sumqayıtda suyun verilişində fasilə yaranacaq və bu, 25 min nəfərin yaşadığı əraziləri əhatə edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsindən bildirilib.
Belə ki, Sumqayıt şəhərinin bir sıra ərazilərində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Buna səbəb şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləridir. İşlərlə əlaqədar olaraq 21 aprel 2026-cı il tarixində səhər saat 09:00-dan etibarən axşam saatlarınadək suyun verilişi dayandırılacaq.
Məhdudiyyət Sumqayıt şəhərinin 9, 10, 34, 40, 45 və 47-ci məhəllələrini, eləcə də 1, 2 və 4-cü mikrorayonların bəzi hissələrini əhatə edəcək. Bundan əlavə, 5, 6, 11, 12, 13 və 17-ci (9 mərtəbəli binalar) mikrorayonlarda da su təchizatında fasilə yaranacağı bildirilib.
Qurumdan qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra suyun verilməsi bərpa ediləcək. Əhaliyə əvvəlcədən ehtiyat su toplamaları tövsiyə olunur.
- Bakıda bu küçə və prospektlər təmir edildi
- Azərbaycanda bu ixtisas qrupu ləğv olunur?
- Yağıntılı havalar nə vaxta kimi davam edəcək? - Rəsmi
- ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olundu
- FHN-çilər yarışlarda yüksək nəticələr göstərdilər
- Sabah Sumqayıtda su kəsiləcək
- Metroda informasiya sistemi kəsildi: nə baş verir? - Video
- Yeni mexanizm yaradılır: Borcu olanların diqqətinə...