“Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” - Makron özündən çıxdı

20:45 - 11 May 2026 - GÜNDƏM

 “Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” - Makron özündən çıxdı

Fransa Prezidenti Emmanuel Makron Nayrobidə keçirilən “Afrika irəli” sammitində zalda yaranan səs-küyə dözməyərək çıxışını kəsib.

BUTA.TV” “Sputnik”ə istinadla xəbər verir ki, hadisə mayın 11-də afrikalı iştirakçıların səhnədə siyasi məsələləri müzakirə etdiyi vaxt baş verib.

Zaldakı uğultunun kəsilmədiyini və insanların natiqlərə məhəl qoymadan ucadan danışdığını görən Makron emosiyalarını cilovlaya bilməyib.

Mikrofona yaxınlaşan Fransa lideri səs-küy salanlardan sükut tələb edib.:

Bu xəbər hal-hazırda çox oxunur
20 günün əsgəri vəfat etdi

“Bağışlayın, hey, üzr istəyirəm, amma bu qədər səs-küy olan yerdə belə insanların bura gəlib çıxış etməsi və mədəniyyətdən danışması qeyri-mümkündür. Əgər ikitərəfli görüşlər keçirmək və ya başqa mövzularda danışmaq istəyirsinizsə, bunun üçün xüsusi otaqlar var, kənara çıxa bilərsiniz”.

Qeyd edək ki, onun bu görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol