Sabirabadda zəncirvari qəzanın baş verməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaragüney kəndində baş verib.
Belə ki, "Mersedes Vito" markalı mikroavtobus, VAZ-2109, "Opel" və "Qazel" markalı avtomobillərin toqquşması ilə baş verən qəzada 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Qəza nəticəsində VAZ-2109-un sürücüsü Sabirabad rayonunun Qaragüney kənd sakini, 1978-ci il təvəllüdlü Qurbanov İbrahim Səxavət oğlu hadisə yerində ölüb.
Digər avtomobillərdə olan sərnişinlər 2000-ci il təvəllüdlü Bəxtiyar Ələsgərov, 1990-cı il təvəllüdlü Xalidə Əhmədova, 1970-ci il təvəllüdlü Arifə Allahverdiyeva, 1975-ci il təvəllüdlü Emin Xudiyev, 1964-cü il təvəllüdlü Mürvət Turabov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
- İngiltərədə yaşayan azərbaycanlı qadın qəfil öldü
- Əli Əsədov yeni qərar imzaladı
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib