“Oyun bizim üçün yaxşı başladı. Qol vurub, fərqləndik. 30-35 dəqiqə etibarlı müdafiə olunduq. Birinci hissənin sonunda rəqibə 2 qol epizodu verdik. O dəqiqələrə qədər təhlükəli hücumlarımız var idi. İkinci qolu vurmaq imkanımız var idi. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Daha etibarlı keçirdi hər şey. 100 faizli qol epizodu vermirdik. O dəqiqələrdə rəqibin fantastik qolu oldu. Sonradakı dəqiqələrdə hücumda fəallaşdıq. Buraxdığımız ikinci qolu əks-hücumda buraxdıq. Futbolçularıma təşəkkür edirəm. Çox güclü rəqibə qarşı oynadıq. Hər şeyi etdilər ki, sevinən tərəf biz olaq. Amma vurulan qollar çox sualların cavabı idi. Yüksək ustalıqla vuruldu. Bu da rəqibin nə qədər güclü olduğunu göstərir”.
“BUTA.TV” xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
O, Azərbaycan Kubokunun finalında “Sabah”a 1:2 hesablı məğlubiyyətdən danışıb.
Daha sonra R.Sadıqov sualları cavablandırıb:
- Erkən dəqiqələrdə Qismət Alıyevin sarı vərəqə alması oyuna nə dərəcədə təsir etdi?
- Epizodu görməmişəm. Hakimlikdən danışmaq istəmirəm. Rəqibi təbrik edirəm. Yaxşı qələbə qazandılar, yaxşı fürsətləri var idi ki, qızıl dubl etsinlər.
- Oyun müəyyən qədər “Zirə”nin futbolçularına psixoloji təsir etməlidir. Çempionatda hələ heç nə bitməyib. Yoxsa, başqa cür düşünürsüz?
- Başqa cür düşünmürük. Sona qədər mübarizə aparacağıq. Başa düşürük ki, rəqib bizdən üç xal öndədir. Bizi “Araz” və “Sumqayıt”la ağır oyun gözləyir. Özümüzdə güc tapıb, çalışacağıq ki, sona qədər oynayaq.
- Artıq üç finalda uduzmusunuz. Daha yüksək büdcəli, daha güclü klubla fərqli nəticələr qazana bilərdi Rəşad Sadıqov?
- Onu əvvəlcədən demək olmazı. Ola bilərdi ki, biz güclü olardıq, istədiyimizi edə bilməzdik. Amma üç finala da baxsanız, bəzi şeylər bəlkə də uğurlu getsəydi, üçündə də qalib olardıq. Üç final arasında oxşarlıq var. 12 yarışdan 6-da mükafatlar uğrunda mübarizə aparmışıq. Altı qürurvericidir. Futbolçularımla fəxr edirəm. Titul yoxdur, amma onu da başa düşməliyik ki, titul qazanmaq üçün daha çox şeyə ehtiyac var.
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO
- Bakıda ilk: Üztanıma ilə ödəniş etmək olacaq
- Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
- Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir