Gürcüstanın Qardabani rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“BUTA.TV” “Aktual.ge” portalına istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında Qardabaninin Birlik kəndində baş verib.
Yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb.
Hadisə nəticəsində 7 nəfər həlak olub, daha bir nəfər isə ağır yaralanıb.
Gürcüstan Daxili İşlər Nazirliyi isə faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlanıldığını açıqlayıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.
Qeyd edək ki, APA-nın məlumatına görə, qəzada həlak olanlar azərbaycanlılardır.

- Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
- Magistral yoldakı körpü çökdü: Yolda məhdudiyyət...
- Əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq
- Maksimum balı təkcə o topladı - Foto
- Bakıda 2 gün intensiv yağış yağacaq – Xəbərdarlıq
- Psixoloqdan estetik əməliyyat istəyənlərə çağırış
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto
- DİM nəticələri elan etdi: 1 nəfər maksimal bal topladı