ABŞ lideri Donald Tramp və Çin sədri Si Cinpin arasında keçirilən danışıqların ilk günü xüsusi şam yeməyi ilə yekunlaşıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.
Məlumata görə, siyasətçilər üçün hazırlanan menyuda pomidor şorbasında lobster, xırtıldayan mal əti qabırğaları, Pekin ördəyi və pörtlədilmiş mövsüm tərəvəzləri yer alıb. Masada həmçinin xardal sousunda zəif odda bişirilmiş qızılbalıq, donuz əti ilə bulka və balıqqulağı formasında şirniyyatlar olub.
Nəşr diqqəti ona çəkib ki, ziyafətdə Tramp faktiki olaraq öyrəşmədiyi təamları dadmağa məcbur edilib. Çünki ABŞ prezidenti “McDonald's” şəbəkəsinin hamburqerləri və kartof qızartmasına olan sevgisi ilə tanınır.
Qeyd edək ki, mayın 13-də Çinə dövlət səfərinə gedən Tramp Si Cinpinlə görüşünü “əla” adlandırıb. O, həmçinin Çini “inanılmaz və gözəl yer” kimi xarakterizə edib.
- Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
- Magistral yoldakı körpü çökdü: Yolda məhdudiyyət...
- Əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq
- Maksimum balı təkcə o topladı - Foto
- Bakıda 2 gün intensiv yağış yağacaq – Xəbərdarlıq
- Psixoloqdan estetik əməliyyat istəyənlərə çağırış
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto
- DİM nəticələri elan etdi: 1 nəfər maksimal bal topladı