Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "Azəryolelmitədqiqatlayihə" İnstitutunun direktoru Azər Nemətli vəzifəsindən azad olunub.
BUTA.TV "Yeni Sabah"a istinadla xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.
Digər əmrlə o, agentliyin Layihələndirmə və texniki ekspertiza departamentinin Texniki-iqtisadi əsaslandırma və texniki şərtlər şöbəsinin müdiri vəzifəsinə gətirilib.
Xatırladaq ki, V.Nəsirli ötən ayın əvvəlində Xırdalan şəhərində yerləşən "Azəryolelmitədqiqatlayihə" İnstitutunda və onun tərkibində fəaliyyət göstərən Təcrübə-Sınaq Laboratoriyasında olub, onların fəaliyyətini nəzərdən keçirib.
- Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
- Magistral yoldakı körpü çökdü: Yolda məhdudiyyət...
- Əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq
- Maksimum balı təkcə o topladı - Foto
- Bakıda 2 gün intensiv yağış yağacaq – Xəbərdarlıq
- Psixoloqdan estetik əməliyyat istəyənlərə çağırış
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto
- DİM nəticələri elan etdi: 1 nəfər maksimal bal topladı