Türkiyənin Samsun vilayətinin İlkadım rayonunda Azərbaycan vətəndaşı olan 63 yaşlı S.Qədirova (şərti) polis tərəfindən saxlanılıb.
“BUTA.TV” “Yeni Şafak”a istinadən xəbər verir ki, xəstə baxıcısı olan S.Qədirova 88 yaşlı qadını döyməkdə ittiham edilir.
Belə ki, Parkinson xəstəliyindən əziyyət çəkən ahıl qadının yaxınları onun sifətində xəsarətləri görərək Samsun Prokurorluğuna müraciət ediblər.
Polis tərəfindən saxlanılan xəstə baxıcısı barəsində qəsdən yaralama əməlinə görə araşdırmalara başlanılıb və o saxlanılıb. Samsun Məhkəməsinə göndərilən azərbaycanlı qadın barəsində polisin nəzarəti altına verilmə qərarı çıxarılıb və o, sərbəst buraxılıb. Bununla yanaşı, 63 yaşlı S.Qədirovanın Türkiyəni tərk etməsi yasaqlanıb. Onun üzərinə hər həftə polis şöbəsinə gedərək iltizam yazmaq vəzifəsi də qoyulub.
- Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
- Magistral yoldakı körpü çökdü: Yolda məhdudiyyət...
- Əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq
- Maksimum balı təkcə o topladı - Foto
- Bakıda 2 gün intensiv yağış yağacaq – Xəbərdarlıq
- Psixoloqdan estetik əməliyyat istəyənlərə çağırış
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto
- DİM nəticələri elan etdi: 1 nəfər maksimal bal topladı