Rusiyanın xarici işlər naziri Sergey Lavrov brifinq zamanı ona mane olan jurnalistin zaldan çıxarılmasını istəyib.
“BUTA.TV” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Hindistanda səfərdə olan Lavrovun Nyu-Dehlidə baş tutan mətbuat konfransı zamanı baş verib.
Belə ki, jurnalistin telefonundakı tərcümə proqramı xarici işlər nazirinin çıxışına mane olub. Lavrov əvvəlcə jurnalistdən zalı tərk etməsini xahiş edib, sonra isə mühafizə xidmətindən onun zaldan çıxarılmasını istəyib.
Jurnalist telefonunu təhvil vermək istəmədikdə isə Lavrov onu zarafatla hədələyib.
“Əgər telefonunuzu verməsəniz, onlar silah çıxaracaqlar”, - Lavrov mühafizə xidməti əməkdaşlarına işarə edərək bildirib.
- Onların imtahan nəticələri ləğv ediləcək – Qərar
- Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
- Magistral yoldakı körpü çökdü: Yolda məhdudiyyət...
- Əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq
- Maksimum balı təkcə o topladı - Foto
- Bakıda 2 gün intensiv yağış yağacaq – Xəbərdarlıq
- Psixoloqdan estetik əməliyyat istəyənlərə çağırış
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto